Proqnozlar Bürosu: Sabahdan etibarən güclənən külək bazar günü mülayimləşəcək

Proqnozlar Bürosu: Sabahdan etibarən güclənən külək bazar günü mülayimləşəcək Gülşad Məmmədova: "Havanın temperaturu yaxın 2-3 gün ərzində 17-22 dərəcə arasında dəyişəcək"
Ekologiya
20 Aprel , 2017 15:36
Proqnozlar Bürosu: Sabahdan etibarən güclənən külək bazar günü mülayimləşəcək

Bakı. 20 aprel. REPORT.AZ/ "Azərbaycanda sabahdan etibarən güclənən külək bazar günü mülayimləşəcək".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, aprel ayının 20-i mülayim cənub küləyinin gündüz saatlarında arabir güclənməsi gözlənilir: "Aprelin 22-də gündüz saatlarında şimal-qərb küləyi artıq güclənəcək. Aprelin 23-də isə artıq şimal küləyinin nisbətən mülayimləşəcəyi və gündüz saatlarında cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir".

G.Məmmədova bildirib ki, havanın temperaturu yaxın 2-3 gün ərzində 17-22 dərəcə arasında dəyişəcək.

Son xəbərlər

Orphus sistemi