Proqnozlar Bürosu qeyri-sabit hava şəraitinin neçə gün davam edəcəyini açıqlayıb

Proqnozlar Bürosu qeyri-sabit hava şəraitinin neçə gün davam edəcəyini açıqlayıb Gülşad Məmmədova: “Aprel ayının 12-də hava şəraiti dəyişkən buludlu olacaq”
Ekologiya
10 Aprel , 2017 09:46
Proqnozlar Bürosu qeyri-sabit hava şəraitinin neçə gün davam edəcəyini açıqlayıb

Bakı. 10 aprel. REPORT.AZ/ “Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 11-i gündüz saatlarınadək davam edəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, növbəti günlərdə hava şəraiti yağmursuz olacaq: “Sabah günorta saatlarından sonra hava şəraiti sabitləşəcək. Aprel ayının 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir”.  

Son xəbərlər

Orphus sistemi