Proqnozlar Bürosu: Növbəti iki gündə temperatur 39 dərəcəyədək yüksələcək

Proqnozlar Bürosu: Növbəti iki gündə temperatur 39 dərəcəyədək yüksələcək Gülşad Məmmədova: “Mülayim qərb küləyi əsəcək”
Ekologiya
25 İyun , 2018 11:58
Proqnozlar Bürosu: Növbəti iki gündə temperatur 39 dərəcəyədək yüksələcək
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Növbəti iki gün ərzində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, növbəti iki gün ərzində ölkə ərazisində hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir: "Mülayim qərb küləyi əsəcək".

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində havanın temperaturu 33-38, bölgələrdə 34-39, dağlıq ərazilərdə isə 23-28 dərəcə təşkil edəcək: "Növbəti günlərdə hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir". 

Son xəbərlər

Orphus sistemi