Proqnozlar Bürosu: Növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək

Proqnozlar Bürosu: Növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək Gülşad Məmmədova: “Sabah yağmursuz hava şəraiti müşahidə olunacaq”
Ekologiya
174
13 Oktyabr , 2017 10:05
Proqnozlar Bürosu: Növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 13 oktyabr. REPORT.AZ/ “Azərbaycanda növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, oktyabrın 14-15-də temperatur 2-3 dərəcə artacaq: “Hazırda müşahidə olunan hava şəraiti oktyabrın 13-ü axşam saatlarına qədər davam edəcək. Ayın 14-ü səhər saatlarından ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir”.

Son xəbərlər

Orphus sistemi