Proqnozlar Bürosu: Növbəti günlərdə Azərbaycanda havanın temperaturu yüksələcək

Proqnozlar Bürosu: Növbəti günlərdə Azərbaycanda havanın temperaturu yüksələcək Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya
19 Yanvar , 2019 11:51
Proqnozlar Bürosu: Növbəti günlərdə Azərbaycanda havanın temperaturu yüksələcək

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, növbəti günlərdə ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı istisna olunmur”.

Onun sözlərinə görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksələcək: “Bakıda şimal qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Rayonlarda da qərb küləyi əsəcək, ayın 21-i arabir güclənəcək”. 

Direktor qeyd edib ki, Bakıda 6-9, Mərkəzi Aranda 7-10, dağlıq ərazilərdə 0-5 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi