Proqnozlar Bürosu: Növbəti günlərdə hava şəraitində ciddi dəyişiklik gözlənilmir

Proqnozlar Bürosu: Növbəti günlərdə hava şəraitində ciddi dəyişiklik gözlənilmir “Küləyin surəti saniyədə 8-13 metr olacaq”
Ekologiya
13 Mart , 2017 16:24
Proqnozlar Bürosu: Növbəti günlərdə hava şəraitində ciddi dəyişiklik gözlənilmir

Bakı. 13 mart. REPORT.AZ/ “Növbəti günlərdə Azərbaycanda müşahidə olunacaq hava şəraitində ciddi dəyişiklik gözlənilmir”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O bildirib ki, yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: “Bəzi yerlərdə duman olacaq”.

G.Məmmədovanın sözlərinə görə, mart ayının 14-ü ölkə ərazisində şimal-şərq küləyi əsəcək: “Mart ayının 15-də şimal-şərq küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Küləyin sürəti saniyədə 8-13 metrə çatacaq”.

O qeyd edib ki, növbəti günlərdə bölgələrdə də hava şəraiti əsasən yağmursuz olacaq: “Lakin gecə və axşam bəzi cənub və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək”.

Son xəbərlər

Orphus sistemi