Proqnozlar Bürosu: Növbəti günlərdə hava şəraiti sabit keçəcək

Proqnozlar Bürosu: Növbəti günlərdə hava şəraiti sabit keçəcək Gülşad Məmmədova: “Havanın temperaturunun tədricən 2-3 dərəcə yüksələcəyi gözlənilir”
Ekologiya
22 Yanvar , 2018 11:37
Proqnozlar Bürosu: Növbəti günlərdə hava şəraiti sabit keçəcək

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan ərazisində növbəti iki-üç gündə, yanvarın 25-dək müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, növbəti günlərdə hava şəraiti sabit keçəcək: “Hava şəraiti mülayim və əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun tədricən 2-3 dərəcə yüksələcəyi gözlənilir. Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq”.

Son xəbərlər

Orphus sistemi