Proqnozlar Bürosu: İyunun 3-dən Azərbaycanda hava şəraiti sabitləşəcək

Proqnozlar Bürosu: İyunun 3-dən Azərbaycanda hava şəraiti sabitləşəcək Gülşad Məmmədova: "Sabah ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək"
Ekologiya
100
1 İyun , 2017 17:25
Proqnozlar Bürosu: İyunun 3-dən Azərbaycanda hava şəraiti sabitləşəcək

Bakı. 1 iyun. REPORT.AZ/ "İyun ayının 3-ü gündüz saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi gözlənilir". 

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, iyun ayının 2-də paytaxtda mülayim şimal-qərb küləyinin əsəcəyi gözlənilir: "Havanın temperaturu 20-26 dərəcə arasında dəyişəcək".

G.Məmmədova qeyd edib ki, sabah ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək: "Yağış yağacaq, şimşək çaxacaq".

Son xəbərlər

Orphus sistemi