Proqnozlar Bürosu: İstirahət günlərində hava qeyri-sabit keçəcək, temperatur aşağı enəcək

Proqnozlar Bürosu: İstirahət günlərində hava qeyri-sabit keçəcək, temperatur aşağı enəcək Bakı. 17 avqust. REPORT.AZ/ “Növbəti iki gün ərzində havanın temperaturu ötən günlərlə müqayisədə bir qədər aşağı enəcək”.
Ekologiya
17 Avqust , 2018 12:15
Proqnozlar Bürosu: İstirahət günlərində hava qeyri-sabit keçəcək, temperatur aşağı enəcək

Bakı. 17 avqust. REPORT.AZ/ “Növbəti iki gün ərzində havanın temperaturu ötən günlərlə müqayisədə bir qədər aşağı enəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, avqustun 18-19-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: "Bəzi yerlərdə leysan xarakterli yağışların yağacağı ehtimalı var".

G.Məmmədova bildirib ki, növbəti günlərdə ölkə ərazisində şimal qərb küləyi əsəcək, arabir güclənəcək.

Son xəbərlər

Orphus sistemi