Proqnozlar Bürosu: Azərbaycanda hazırda müşahidə olunan hava şəraiti iki gün davam edəcək

Proqnozlar Bürosu: Azərbaycanda hazırda müşahidə olunan hava şəraiti iki gün davam edəcək “Havanın soyuması gözlənilmir”
Ekologiya
23 Fevral , 2017 10:55
Proqnozlar Bürosu: Azərbaycanda hazırda müşahidə olunan hava şəraiti iki gün davam edəcək

Bakı. 23 fevral. REPORT.AZ/ “Azərbaycanda hazırda müşahidə olunan hava şəraiti iki gün davam edəcək”.

Bunu “Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O bildirib ki, yaxın iki gün ərzində ölkə ərazisində hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Yəni, yaxın iki gündə yağmurlu hava şəraiti müşahidə olunmayacaq. Temperatur rejimində dəyişiklik olmayacaq, havanın soyuması gözlənilmir”.

G.Məmmədovanın sözlərinə görə, fevral ayının 24-25-də arabir güclənən cənub qərb küləkləri öz yerini arabir güclənən şimal qərb küləyinə verəcək: “Yəni gün ərzində dəyişkən küləkli hava şəraiti müşahidə olunacaq”.

Qeyd edək ki, Milli Hidrometeorologiya Departamenti fevralın 23-dən 26-sı gündüzədək Azərbaycanın bəzi rayonlarında cənub-qərb, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ilə bağlı xəbərdarlıq edib.

Son xəbərlər

Orphus sistemi