Yuxarı
    Bağlamaq

    Proqnozlar Bürosu: Aprelin 26-dan etibarən hava şəraiti sabitləşəcək

    “Havanın temperaturunda yaxın 2-3 gün ərzində ciddi dəyişiklik gözlənilmir”

    Bakı. 24 aprel. REPORT.AZ/ “Aprel ayının 26-dan etibarən hava şəraitinin sabitləşəcəyi gözlənilir”.

    Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

    Onun sözlərinə görə, aprelin 24-ü gün ərzində əsən güclü külək gecə saatlarında tədricən mülayimləşəcək: “Külək aprelin 25-i gündüz saatlarında yenidən güclənəcək. Sabah ölkə ərazisində güclü külək əsəcək. Aprelin 26-sı isə gündüz saatlarından başlayaraq hava şəraitinin tədricən mülayimləşəcəyi gözlənilir”.

    G.Məmmədova bildirib ki, havanın temperaturunda yaxın 2-3 gün ərzində ciddi dəyişiklik gözlənilmir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi