Yuxarı
    Bağlamaq

    Prokurorluq orqanlarının əməkdaşları növbəti ağacəkmə kampaniyası keçirib

    Bu işin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur

    Bakı. 6 may. REPORT.AZ/ Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirib.

    Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

    Məlumatda deyilir ki, son illər respublikamızda yaşıllıqların artırılması, yeni park və xiyabanların salınmasına diqqət artırılıb: "Yaradılan parklar və yaşıllıqlar sakinlərdə xoş əhval-ruhiyyə yaradır. Əkilən agaclar insanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, paytaxtın ümumi mənzərəsinə yeni çalarlar əlavə edir. Əsas məqsəd paytaxtın ekoloji cəhətdən sağlamlaşdırılmasına töhfə verməkdir.

    Müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirib. Prokurorluq orqanlarının əməkdaşları da bu xeyirxah və nəcib tədbirdə həmişə yüksək əhval-ruhiyyə ilə iştirak ediblər. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

    Ölkə başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin Baş Prokurorluqda yaranmış ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illilyi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçirib. Tədbir çərçivəsində Suraxanı rayonu ərazisində Hövsan qəsəbəsinin yaxınlıgında 2 hektar ərazidə 2 mindən artıq zeytun, Eldar şamı ağacları əkilib. Abşeron yarımadasının iqliminə uyğun olaraq seçilən agacların küləkdən qorunması üçün dirəklər basdırılmış və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.

    Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur", - deyə məlumatda qeyd edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi