Bakı. 21 iyun. REPORT.AZ/ Türkiyə, elə cə də beynəlxalq ictimaiyyət Ermənistandakı "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılmasına qarşı mübarizə işində Azərbaycanın yanında olmalıdır.
Bu barədə "Report"a açıqlama verən AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı, professor İslam Mustafayev stansiyanın Türkiyə sərhəddinin 16 km-liyində yerləşdiyini bildirib: "Stansiya Qarsdan 100, İqdırdan isə 30 km uzaqlıqdadır".
Onun sözlərinə görə, Ermənistan zəlzələ zonasında yerləşməklə yanaşı, həm də dağlıq ərazidir və orada torpaq sürüşmələri təhklükəsi mövcuddur: "Tullantıların idarə olunması instutsional potensialı yox dərəcəsindədir. Oradan atılan hər bir tullantı sonunda Azərbaycana gələcək. Axıntılar birbaşa Araz çayına gəlir".
Xatırladaq ki, bu ilin sentyabrında "Metsamor" Atom Elektrik Stansiyasının vaxtının uzadılması məsələsinə baxılacaq.