ETSN: Polietilen torbaların alternativi olan qablaşdırma vasitələrindən istifadə genişləndirilməlidir

ETSN: Polietilen torbaların alternativi olan qablaşdırma vasitələrindən istifadə genişləndirilməlidir Bakı. 19 fevral. REPORT.AZ/ 15 dəqiqəlik istifadə yüzillərlə bizə zərər verir. Dünyada hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır... 10-15 dəqiqə istifadə etdiyimiz polietilen torbaların torpaqda tamam yox olması üçün yüz illər lazım gəlir. Bu tullantılarla dənizlər, göllər, meşələr, çaylar çirklənir. Hər birimiz polietilen torbaların, plastik qabların alternativlərindən-şüşə qablardan, parça və ya kağız torbalardan istifadəyə üstünlük verməliyik.
Ekologiya
19 Fevral , 2019 17:08
ETSN: Polietilen torbaların alternativi olan qablaşdırma vasitələrindən istifadə genişləndirilməlidir

Bakı. 19 fevral. REPORT.AZ/ "15 dəqiqəlik istifadə yüzillərlə bizə zərər verir. Dünyada hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır... 10-15 dəqiqə istifadə etdiyimiz polietilen torbaların torpaqda tamam yox olması üçün yüz illər lazım gəlir. Bu tullantılarla dənizlər, göllər, meşələr, çaylar çirklənir. Hər birimiz polietilen torbaların, plastik qabların alternativlərindən-şüşə qablardan, parça və ya kağız torbalardan istifadəyə üstünlük verməliyik". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşı Türkən Kərimzadə deyib.

Onun sözlərinə görə, Nazirlik tərəfindən hazırlanan və ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı” qarşıya qoyulan məqsədə çatmaq üçün bütün maraqlı tərəflərin birgə fəaliyyətini nəzərdə tutur: "Bu məqsədlə, ilk növbədə, həyata keçiriləcək əsas tədbirlərdən biri polietilen torbaların alternativi olan kağız, parça və çox istifadə olunan qablaşdırma vasitələrindən istifadənin genişləndirilməsidir. Bunun üçün polietilen torbaları əvəz edən qablaşdırma vasitələrinin istehsalının genişləndirilməsi və istifadəçilərə təklif edilməsi nəzərdə tutulur".

T.Kərimzadə qeyd edib ki, Tədbirlər Planına uyğun olaraq, Nazirlik tərəfindən plastik qablaşdırma tullantılarının idarə edilməsi üzrə beynəlxalq təcrübə öyrənilir: "Böyük Britaniyanın təcrübəsindən yararlanmaq məqsədilə bu ölkədə ezamiyyədə olan zaman plastik və bərk məişət tullantılarının idarə olunması sistemi, əsasən də, plastik tullantıların idarə olunması qaydaları ilə yaxından tanış olduq.

Plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə ETSN tərəfindən təbliğat işləri davam etdirilir". 

Son xəbərlər

Orphus sistemi