"Polietilen torbalardan imtina edək" adlı növbəti aksiya keçirilib - VİDEO

"Polietilen torbalardan imtina edək" adlı növbəti aksiya keçirilib - VİDEO Bakı. 28 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Polietilen torbalardan imtina edək adlı növbəti aksiya keçirib.
Ekologiya
28 İyun , 2018 19:31
Polietilen torbalardan imtina edək adlı növbəti aksiya keçirilib - VİDEO
Report/Firi Salim

Bakı. 28 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Polietilen torbalardan imtina edək" adlı növbəti aksiya keçirib.

"Report" xəbər verir ki, aksiya polietilen torbalardan və plastik butulkalardan istifadənin azaldılması istiqamətində aparılan maarifləndirici layihələr çərçivəsində təşkil olunub.

“Yaşıl fikirlə sağlam gələcəyə!” devizi altında bir neçə marketdə keçirilən aksiyada alıcılara eko çantalar paylanılıb.

Aksiyanın keçirilməsində məqsəd polietilen torbalardan istifadənin tədricən azaldılmasına nail olmaq, alternativ vasitə olan eko çantalardan istifadəyə üstünlük verməkdir. Sosial aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı İmran Əbdülov, Nazirlik yanında İctimai Şuranın sədri Sevil İsayeva, "Eco Baku" qeyri-hökumət təşkilatının sədri Sarita Vaidin iştirak edərək alıcılara polietilen torbaların ziyanı barədə ətraflı məlumat verib.

İmran Əbdülov bildirib ki, son dövrlərdə bir çox ölkələrdə polietilen torbalardan və plastik butulkalardan istifadənin məhdudlaşdırılması ilə əlaqədar təşəbbüslər irəli sürülür: "Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi də artıq bu təşəbbüslərə qoşulub. Bu aksiyanın həyata keçirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Nazirlik tərəfindən polietilen torbaların və plastik butulkaların yığılması üçün konteynerlər quraşdırılıb".

O bildirib ki, aksiyanın marketlərdə keçirilməsinin səbəbi burada polietilen torbalardan daha çox istifadə edilməsidir: "Bizim alıcılara verdiyimiz eko çantalar dəfələrlə istifadə oluna bilən parçalardan hazırlanıb. İnsanlar getdikcə polietilen torbalardan və plastik butulkalardan imtina etməlidirlər. Getdikcə bu torbaların sayı artırılacaq. Eko çantalar pulsuz paylanılır. Artıq bir çox ölkələrdə polietilen torbalar pullu olduğu üçün alıcılar özləri ilə parça paketlər daşıyır, bizdə də bu üsula keçilsə, faydalı olar".

Qeyd edək ki, plastik tullantların düzgün idarə edilməsi və polietilen məmulatlardan istifadənin məhdudlaşdırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü çərçivəsində sosial aksiyaların keçirilməsi davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi