Pirşağı sakinləri susuzluqdan şikayət edirlər - FOTO

Pirşağı sakinləri susuzluqdan şikayət edirlər - FOTO Pirşağı Qəsəbəsinin sakinləri susuzluqdan şikayət edirlər.
Ekologiya
29 İyun , 2021 14:56
Pirşağı sakinləri susuzluqdan şikayət edirlər - FOTO

Sabunçu rayonu, Pirşağı qəsəbəsinin sakinləri susuzluqdan şikayət edirlər.

Qəsəbə sakini Rüstəmova Aypara “Report”a bildirib ki, bir ay əvvələ qədər su verilişi olub:

“Bir ay bundan qabaq sular qəfil kəsildi. İki-üç gün bütün məhəllədə su olmadı. Sonra qonşular maraqlandı ki, "Nardaran trası" adlanan ərazidə kimlərsə, koteclər tikib və bizim xəttimizdən ora su ayırılıb. Bir neçə gün su aşağı təzyiqlə gəldi, sonra tam kəsildi. Hazırda bir damcı belə su gəlmir. “Azərsu” ilə də danışmışıq. Gah "su yoxdur", gah da "suyun təzyiqi aşağıdır" deyirlər. Bağda bütün ağaclar quruyub. Ölkədə anomal istilər var, belə havada susuz qalmaq olar? Yaxşı olar ki, həmin obyektə ayrıca xətt versinlər".

“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Report" a bildirib ki, Ramana, Pirşağı qəsəbəsinin bəzi ərazilərində su təhcizatında bəzi çətinliklər var:

"Suya tələbatın kəskin artması, abonentlərin sayının çoxalması, eyni zamanda vətəndaşlar tərəfindən çəkilən tikinti normalarına uyğun olmayan primitiv şəbəkələr su təhcizatında çətinliklər yaradır. Bu prosesə ən çox təsir edən səbəb içməli sudan suvarma məqsədi ilə istifadə edilməsidir. Bununla bağlı əməkdaşlarımız müəyyən tənzimləmə işləri aparırlar ki, qrafiklə də olsa su verə bilsinlər".

Son xəbərlər

Orphus sistemi