Bakı. 2 aprel. REPORT.AZ/ Bütün Abşeron ərazisində 42 min hektar çirklənmiş sahə olub. Bibiheybətin çirklənmiş ərazisi praktik olaraq təmizlənib.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.
R.Abdullayevin sözlərinə görə, belə çirklənmiş ərazilərdən biri də Pirallahı adası olub: "Ölkə başçısının qarşımızda qoyduğu məqsədə müvafiq olaraq burada 30 mindən çox ağac əkilib. Bir neçə ildən sonra burada başqa mənzərə görəcəksiniz".