Pekində yenidən ən yüksək duman xəbərdarlığı elan edilib

Pekində yenidən ən yüksək duman xəbərdarlığı elan edilib Paytaxt məktəblərində dərslərin dayandırılacağı gözlənilir
Ekologiya
18 Dekabr , 2015 06:37
Pekində yenidən ən yüksək duman xəbərdarlığı elan edilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Çinin paytaxtı Pekində rəsmilər bu il ərzində ikinci dəfə ən yüksək duman xəbərdarlığını elan edib.

"Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, “qırmızı" səviyyəli xəbərdarlıq ən yüksək xəbərdarlıq səviyyəsi hesab edilir və zavodların istehsalı azaltmasını tələb edir.

Növbəti üç gün ərzində ekoloji vəziyyətin pisləşəcəğini qeyd edən rəsmilər, bildiriblər ki, havanın çirklənməsi Pekin sakinləri üçün xroniki sağlamlıq riski yaradır.

Bu müddət ərzində paytaxt sakinlərinin şəxsi avtomobillərdən istifadəsi qadağandır. Paytaxt məktəblərində dərslərin da dayandırılacağı gözlənilir.

Kömürlə işləyən sənaye və istilik sistemləri, eyni zamanda tikinti meydanlarından qalxan toz, dumanın yaranmasına səbəb olub. Rütubət və küləksiz hava şəraiti də vəziyyəti daha da mürəkkəbləşdirir.

Son xəbərlər

Orphus sistemi