Yuxarı

Nazirlik: Azərbaycanda ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğunlaşdırılılması planlaşdırılır

Ovçuluq təsərrüfatları müasir tələblərə uyğunlaşdırılacaq 56755

Bakı. 9 fevral. REPORT.AZ/ Mövcud ovçuluq təsərrüfatlarının müasir, sivil tələblərə uyğun yenidən qurulması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Qeyri-Hökumət Təşkilatlarının, ovçuluq və ovçuluğun təşkili sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edib.

Ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğun yenidən qurulması məqsədilə nazirlik tərəfindən ilk dəfə təşkil olunan görüşdə ovçuluq təsərrüfatlarının durumu barədə geniş təqdimat keçirilib, Azərbaycanda ov turizminin inkişaf perspektivləri müzakirə olunub.

Görüşün sonunda mövcud ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğun yenidən qurulması üçün əhatəli “biznes plan”ın və təkliflərin hazırlanaraq üç həftə ərzində nazirliyə təqdim edilməsi və növbəti görüşlərin keçirilməsi qərara alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi