Gələn həftədən ov mövsümü açılır

Gələn həftədən ov mövsümü açılır Azərbaycan Respublikası ərazisində 2020-2021-ci illər üçün ov mövsümü Ov Məsələləri üzrə Koordinasiya Şurasının qərarı ilə 01 sentyabr tarixindən etibarən açıq elan edilir.
Ekologiya
784
25 Avqust , 2020 11:48
Gələn həftədən ov mövsümü açılır
0 : 00
0 : 00

Azərbaycan ərazisində 2020-2021-ci illər üçün ov mövsümü sentyabrın 1-dən etibarən açıq elan edilir.

"Report" xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Firuddin Əliyev məlumat verib. 

O qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, AMEA-nın Zoologiya İnstitutu, Azərbaycan Ovçular və Balıqçılar, Azərbaycan Ornitoloji Cəmiyyətləri, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ov mövsümünün başlanması, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri, normaları, limitləri müzakirə olunub və ov mövsümünün başlanmasına qərar verilib.

“Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları ilə bağlı elan Ekologiya və Təbii Sərvətlər Nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib”,- F.Əliyev əlavə edib. 

Xatırladaq ki, mövsümün açılması Ov Məsələləri üzrə Koordinasiya Şurasının qərarı ilə baş tutur. 

Son xəbərlər

Orphus sistemi