Ötən ilin dekabr ayında temperatur iqlim normasından yüksək olub

Ötən ilin dekabr ayında temperatur iqlim normasından yüksək olub Ötən il respublikanın əksər bölgələrində dekabr ayı nisbətən az yağıntılı hava şəraiti və temperaturun çoxillik iqlim normasından 1-3°C yüksək olması ilə səciyyələnib.
Ekologiya
17 Yanvar , 2022 11:44
Ötən ilin dekabr ayında temperatur iqlim normasından yüksək olub

Ötən il Azərbaycanın əksər bölgələrində dekabr ayı nisbətən az yağıntılı hava şəraiti və temperaturun çoxillik iqlim normasından 1-3°C yüksək olması ilə səciyyələnib.

"Report" xəbər verir ki, ayın birinci ongünlüyündə əksər aran və dağətəyi rayonlarda payızlıq dənli bitkilərdə cücərmə və göyərmə mərhələləri davam edib, Sabirabad və Ucarda arpa bitkisində, Göytəpədə buğda bitkisində kollanma fenoloji mərhələsi müşahidə edilib, Tovuz, Oğuz, Şəki, Yardımlıda buğda və arpa bitkilərində 3-cü yarpağın çıxması mərhələsi qeydə alınıb.

1 kvadratmetr sahədə olan bitkilərin sayı Sabirabadda 470, Göytəpədə 416, Şəkidə 164, Oğuzda 152 ədəd təşkil edib, kollanma mərhələsində bitkilərin hündürlüyü 12-16 sm müşahidə edilmişdir. İkinci və üçüncü ongünlüklərdə bitkilərdə cücərmə, göyərmə, 3-cü yarpağın çıxması,Ucar və Sabirabadda kollanma fenoloji mərhələləri davam edib, Goranboy, Tərtər,Qaraçalada buğum köklərinin yaranması qeydə alınıb.

Sabirabad və Ucarda kollanma mərhələsində 1 kvadratmetr sahəyə düşən bitkilərdə gövdələrin ümumi sayı 611-988 ədəd, kollanma dərəcəsi 2.1-2.2%, bitkilərin hündürlüyü 16-22 sm təşkil etmişdir. Ayın sonlarında havanın orta temperaturunun 2-3°C-dək düşməsi Şəki, Qəbələ, Oğuzda payızlıq dənli bitkilərdə vegetasiyasının dayanmasına səbəb olub.

Ay ərzində meyvə ağaclarında yarpaqların payız saralması və xəzan davam edib, Lənkəran-Astara bölgəsində subtropik bitkilərdə və çay kollarında boyatmanın dayanması qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi