Ötən il Naxçıvanda 583,2 hektar sahədə yaşıllaşdırma, meşəsalma tədbirləri görülüb

Ötən il Naxçıvanda 583,2 hektar sahədə yaşıllaşdırma, meşəsalma tədbirləri görülüb 2019-cu il Naxçıvan Muxtar Respublikasında ümumilikdə 583,2 hektar sahədə yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirləri icra edilib. Bunun 238,5 hektarı yeni meyvə, 13,8 hektarı üzüm bağları, 147,9 hektarı meşəbərpa, 183 hektarı isə toxumla əkin işləridir.
Ekologiya
10 Yanvar , 2020 04:33
Ötən il Naxçıvanda 583,2 hektar sahədə yaşıllaşdırma, meşəsalma tədbirləri görülüb

2019-cu il Naxçıvan Muxtar Respublikasında ümumilikdə 583,2 hektar sahədə yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirləri icra edilib. Bunun 238,5 hektarı yeni meyvə, 13,8 hektarı üzüm bağları, 147,9 hektarı meşəbərpa, 183 hektarı isə toxumla əkin işləridir.

“Report” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev bildirib.

O, qeyd edib ki, yaşıllaşdırma tədbirlərində 323 min 630 meyvə tingi, həmişəyaşıl ağaclar, meşə tingi, bəzək və gül kolları, 1929 kiloqram müxtəlif meyvə toxumları əkilib. Muxtar respublikada ailə təsərrüfatları, idarə və təşkilatlar tərəfindən ümumilikdə 297,4 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri icra edilib.

Hesabat ilində ətraf mühitin mühafizəsi sahəsində 87 yoxlama, reyd aparılıb, hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 39 protokol tərtib olunub və müvafiq tədbirlər görülüb.

Səth sularının çirklənməsinin monitorinqi çərçivəsində 19 çay, 171 içməli su (kəhriz, bulaq, subartezian quyuları) mənbəyindən, ümumilikdə, 190 su nümunəsi götürülərək üzərində 2850 analiz aparılıb, nəticədə, yüksək və ekstremal çirklənmə halları qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi