Yuxarı
    Bağlamaq

    Ötən il Göygöl Milli Parkına səfər edən turistlərin sayı açıqlanıb

    Milli Parka səfər edən turistlərin 2 003 nəfəri xarici vətəndaş olub

    Bakı. 21 yanvar. REPORT.AZ/ Ötən il Göygöl Milli Parkına səfər edən turistlərin sayı açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı il ərzində Göygöl Milli Parkına 195 316 turist səyahət edib: “Ötən il Milli Parka səfər edən turistlərin 2 003 nəfəri xarici, 193 313 nəfəri isə Azərbaycan vətəndaşları olub.

    Göygöl Milli Parkı turistlərin üzünə açılandan, yəni 2015-ci il avqustun 10-dan ilin sonunadək isə Milli Parkın 70 mindən artıq ziyarətçisi olub. Milli parka gələnlərin sayı günü-gündən artır”.

    Xatırladaq ki, ümumilikdə 2016-cı ildə Azərbaycan ərazisində yerləşən milli parkları ziyarət edən turistlərin sayı 199 530 nəfər olub. Onların 3 081 nəfəri xarici, 196 449 nəfəri isə Azərbaycan vətəndaşları olub.

    Qeyd edək ki, hazırda Azərbaycanda 890 min hektaradək xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən 8 milli park, 12 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Milli parklar – xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, elmi tədqiqat statusuna malik olan ərazilərdir. Azərbaycanda milli park və qoruqlar ölkə ərazisinin 10,3 faizini təşkil edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi