Ötən il Azərbaycanın milli parklarını ziyarət edən turistlərin sayı açıqlanıb

Ötən il Azərbaycanın milli parklarını ziyarət edən turistlərin sayı açıqlanıb 2015-ci il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində qeydə alınan qanun pozuntusu faktlarına görə 815 akt və 263 protokol tərtib edilib
Ekologiya
29 Yanvar , 2016 09:29
Ötən il Azərbaycanın milli parklarını ziyarət edən turistlərin sayı açıqlanıb

Bakı. 29 yanvar.REPORT.AZ/ Ötən il Azərbaycanın milli parklarını 75 min turist ziyarət edib. 

Bu barədə "Report"a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, onlardan 1050 nəfəri xarici, 73950 nəfəri isə Azərbaycan vətəndaşlarıdır.

Nazirlikdən bildirilib ki, 2015-ci il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində qeydə alınan qanun pozuntusu faktlarına görə təqsirkarlara qarşı 815 akt və 263 protokol tərtib edilib. Qanun pozucularına görə inzibati qaydada 169 630 manat məbləğində cərimə tətbiq edilib. Tədbir görülməsi üçün 18 iş hüquq mühafizə orqanlarına, 149 iş isə aidiyyəti üzrə rayon məhkəmələrinə və icra bölmələrinə göndərilib.

O cümlədən, cari il ərzində qanunsuz ovla bağlı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında brakonyerliklə məşğul olan şəxslərə qarşı 63 akt və 63 protokol tərtib edilərək, onlardan 57 ov silahı və 250 patron götürülüb. Təqsirkar şəxslərə qarşı 67 800 manat məbləğində cərimə tətbiq edilib. Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidməti tərəfindən 11 akt və 11 protokol tərtib edilərək, qanun pozucularına qarşı 8400 manat məbləğində cərimə və iddia tətbiq olunub.

Qeyd edək ki, hazırda Azərbaycanda ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, milli parklar isə 3,7 faizini təşkil edir.

Son xəbərlər

Orphus sistemi