ETSN: Ötən il Azərbaycanda qanunsuz ovla məşğul olan 16 xarici vətəndaş saxlanılıb

ETSN: Ötən il Azərbaycanda qanunsuz ovla məşğul olan 16 xarici vətəndaş saxlanılıb ​2016-cı il ərzində 213 yerli vətəndaş saxlanılaraq onlardan 193 ov tüfəngi, 632 patron götürülüb
Ekologiya
9 Yanvar , 2017 10:25
ETSN: Ötən il Azərbaycanda qanunsuz ovla məşğul olan 16 xarici vətəndaş saxlanılıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Ötən il ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 213 yerli vətəndaş saxlanılaraq onlardan 193 ov tüfəngi, 632 patron götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, eyni zamanda Beyləqan, İmişli, Hacıqabul, Biləsuvar, Xızı, Xaçmaz və Quba inzibati rayonlarının ərazisində və “Ağgöl” Milli Parkında qadağan olunan alətlərlə (tələ, cələ, ilgək) qanunsuz ov edən Birləşmiş Ərəb Əmirliklərinin, Türkiyə, Pakistan, İraq və Suriyanın 16 vətəndaşı saxlanılıb.

Nazirlikdən bildirilib ki, inzibati xəta törətmiş yerli və əcnəbi qanun pozucuları barəsində protokollar tərtib edilib, ümumilikdə 200 nəfər inzibati qaydada 193317 manat məbləğində cərimə olunub. Xarici vətəndaşların ov aləti kimi istifadə etdikləri quşlar götürülərək təbiətə buraxılıb və 29 fakt üzrə qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Qanunsuz ov edən xarici vətəndaşların ölkə ərazisindən çıxarılması (deportasiya) və gələcəkdə Azərbaycana buraxılmaması üçün Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Qeyd edək ki, 2016-cı il ərzində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə respublika ərazisində mütəmadi olaraq reydlər keçirilir.

Son xəbərlər

Orphus sistemi