Ötən ay qanunsuz ov halları ilə bağlı 22 854 manat cərimə tətbiq olunub

Ötən ay qanunsuz ov halları ilə bağlı 22 854 manat cərimə tətbiq olunub Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycanda qanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə reydlər davam etdirilir.
Ekologiya
7 Avqust , 2018 11:52
Ötən ay qanunsuz ov halları ilə bağlı 22 854 manat cərimə tətbiq olunub

Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycanda qanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə reydlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, iyul ayı ərzində nazirliyin əməkdaşları tərəfindən xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında reydlər keçirilib.

Reydlər zamanı 35 akt və protokol tərtib edilib, qanun pozucularından 4 ədəd ov tüfəngi götürülüb və onlara ümumilikdə 22854 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə reydlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi