​OPEK ABŞ-dan başqa bütün neft istehsal edən ölkələrlə hasilatın dondurulması barədə danışıqlar aparır

​OPEK ABŞ-dan başqa bütün neft istehsal edən ölkələrlə hasilatın dondurulması barədə danışıqlar aparır Kartelə daxil olmayan ölkələr arasında ümumi artım həcminin payı gündəlik 60 faiz və ya 500 min tondur
Ekologiya
23 Fevral , 2016 01:33
​OPEK ABŞ-dan başqa bütün neft istehsal edən ölkələrlə hasilatın dondurulması barədə danışıqlar aparır

Bakı. 23 fevral. REPORT.AZ/ OPEK ABŞ-dan başqa bütün neft istehsal edən ölkələrdə hasilatın yanvar ayı səviyyəsində dondurulmasına dair danışıqlar aparır.

"Report" xəbər verir ki, bunu "CERA Week" zamanı kartelin baş direktoru Abdullah Salim Əl-Bədri bildirib.

"Biz Amerikadan başqa bütün tərəflərlə danışıqlar aparırıq", — deyə o panel müzakirələr çərçivəsində hasilatın dondurulmasına dair danışıqlarda iştirak edən ekspertlərin sualını cavablandırarkən qeyd edib.

"Energy Intelligent Group"un proqnozlarına görə, ABŞ 2016-cı ildə digər ölkələrə nisbətdə neft hasilatını daha da çoxaldacaq. OPEK-ə daxil olmayan ölkələr arasında ümumi artım həcminin payı gündəlik 60 faiz və ya 500 min tondur. Bu halda, Birləşmiş Ştatlarla razılaşma bazarı stabilləşdirə bilərdi.

Son xəbərlər

Orphus sistemi