Ölkənin bəzi ərazilərində şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Ölkənin bəzi ərazilərində şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyulun 12-si səhərədək ölkə ərazisində bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Düşən yağışın miqdarı Kişçayda (Şəki ) 51, Şəmkirdə 30, Sarıbaşda (Qax) 24, Mi
Ekologiya
12 İyul , 2020 11:26
Ölkənin bəzi ərazilərində şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

İyulun 12-si səhərədək ölkə ərazisində bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, düşən yağışın miqdarı Kişçayda (Şəki) 51, Şəmkirdə 30, Sarıbaşda (Qax) 24, Mingəçevirdə 18, Zərdabda 12, Gəncədə 11, Daşkəsəndə 8, Tovuzda 7, Şəkidə 6, Şamaxıda 5, Ceyrançöl, Göy-göl, Zaqatala, Yevlax, Qazımməmməd, Lerikdə 4, Tərtər, Bərdə, Naftalan, Mərəzə, Qubada 3, Qrız, Ağstafa, Ordubad, Göyçay, Sabirabadda 2, Kürdəmir, Xınalıq, Şahdağ, Gədəbəy, Qəbələ, Qusar, Xaltan, Bakıda 1 mm olub. 
İyulun 11-i saat 18:20-19:47 radələrində Daşkəsən rayonu ərazisində yerləşən Dəstəfurçayın Qaraqollar və Əyriçayın Başdaşağıl məntəqələrindən leysan yağış nəticəsində sel keçib. 

Havanın temperaturu iqlim normasından 1 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32, aran rayonlarında 31-36, dağlıq rayonlarda 16-19, Naxçıvan MR-da 30-34 dərəcə isti olub.

Son xəbərlər

Orphus sistemi