Ölkə ərazisinə soyuq hava kütlələri daxil olub, bölgələrdə qar, yağış yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə soyuq hava kütlələri daxil olub, bölgələrdə qar, yağış yağır - FAKTİKİ HAVA Bu saata olan məlumata görə rayonlarda artıq havada dəyişiklik qeydə alınır.
Ekologiya
3489
7 Fevral , 2020 23:25
Ölkə ərazisinə soyuq hava kütlələri daxil olub, bölgələrdə qar, yağış yağır - FAKTİKİ HAVA

Bu saata olan məlumata görə rayonlarda artıq havada dəyişiklik qeydə alınır.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyeva deyib.

Qərb küləyi Daşkəsəndə 28 m/s, Salyanda 23 m/s, Tovuzda 24 m/s, Tərtərdə 23 m/s, Naftalan, Ağstafada 20 m/s, Astarada 18 m/s, Göytəpədə 17 m/s, Şəkidə 15 m/s-dək güclənib. Göygöldə, Balakəndə, Gədəbəydə, Gəncədə, Zaqatalada, Ağstafada, Sarıbaşda, Şəmkirdə yağış yağır. Daşkəsəndə qar başlayıb. Soyuq hava kütlələrinin ölkə ərazisinə tədricən daxil olması müşahidə edilir.

Son xəbərlər

Orphus sistemi