Ölkə ərazisində avtomat meteoroloji stansiyaların sayı 68-ə çatdırılıb

Ölkə ərazisində avtomat meteoroloji stansiyaların sayı 68-ə çatdırılıb "Bu stansiyalardan biri işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində qurulub"
Ekologiya
13 İyul , 2017 00:00
Ölkə ərazisində avtomat meteoroloji stansiyaların sayı 68-ə çatdırılıb

Bakı. 12 iyul. REPORT.AZ/ Ölkə ərazisində avtomat meteoroloji stansiyaların sayı 68-ə çatdırılıb.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov məlumat verib.

"Son dövrlərdə proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri demək olar ki, başa çatdırılıb. Təkcə son bir il ərzində əlavə 30 ədəd ən müasir avtomat meteoroloji stansiya quraşdırılıb və onların sayı 68-ə çatıb. Bu stansiyalardan biri işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində qurulub".

Son xəbərlər

Orphus sistemi