​Okean suyunun səviyyəsi sürətlə artır

​Okean suyunun səviyyəsi sürətlə artır 1990-cı ildən dəniz və okeanlarda suyun səviyyəsinin artma tempi daha yüksək olub
Ekologiya
18 Yanvar , 2015 20:56
​Okean suyunun səviyyəsi sürətlə artır

Bakı. 18 yanvar. REPORT.AZ/ Amerikalı alimlər müəyyən ediblər ki, dünya okeanının səviyyəsi əvvəlkinə nisbətən daha sürətli templə artmaqdadır.

“Report” BBC-yə istinadən xəbər verir ki, “Nature” jurnalında dərc olunan araşdırmaya əsasən, 1990-cı ildən dəniz və okeanlarda suyun səviyyəsinin artma tempi ötən əsrin ilk 90 ili ilə müqayisədə 2,5 dəfə yüksək olub.

Alimlər hesab edirlər ki, bunun səbəbini antropogen amillərə görə Qrenlandiya və Qərbi Antarktidada buzların əriməsində axtarmaq lazımdır.

Proqnozlara görə, gələcəkdə buzların əriməsi və dünya okeanında suyun səviyyəsinin artması daha fəal olacaq.

Son xəbərlər

Orphus sistemi