Oğuzda ağaclara peyvənd calaqların vurulması aksiyası keçirilib

Oğuzda ağaclara peyvənd calaqların vurulması aksiyası keçirilib Bakı. 27 avqust. REPORT.AZ/ Oğuz rayon Xaçmaz kəndinin meşə ərazisində ağaclara peyvənd calaqların vurulması məqsədilə Tumurcuq adlı aksiya keçirilib.
Ekologiya
27 Avqust , 2018 17:22
Oğuzda ağaclara peyvənd calaqların vurulması aksiyası keçirilib
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ Oğuz rayon Xaçmaz kəndinin meşə ərazisində ağaclara peyvənd calaqların vurulması məqsədilə "Tumurcuq" adlı aksiya keçirilib. 

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətindən məlumat verilib. 

ETSN-in əməkdaşları Oğuz rayon Xaçmaz kənd sakini İlkin Lətifovun təşəbbüsü ilə keçirilən aksiyanı yüksək qiymətləndirərək tədbirdə iştirak ediblər.

ETSN-in səlahiyyətli şəxslərinin, Oğuz Rayon İcra Hakimiyyəti rəsmilərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə bu cür aksiyaların digər rayon və kəndlərdə də davam etdirilməsinin vacibliyi və əhəmiyyəti, ekoloji cəhətdən uğurlu bir iş olduğu vurğulanıb.

Aksiya çərçivəsində 7 növ alma, 5 növ armud və 4 növ alça olmaqla çoxlu sayda meşə ağacına peyvənd calağı vurulub.

Son xəbərlər

Orphus sistemi