Salyan və Neftçalada akvakultura təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Salyan və Neftçalada akvakultura təsərrüfatlarının sahibləri ilə görüş keçirilib Bakı. 15 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) balıqçılıq üzrə mütəxəssisləri Salyan və Neftçala rayonlarında nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə görüş keçirib.
Ekologiya
15 Fevral , 2019 18:44
Salyan və Neftçalada akvakultura təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Bakı. 15 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) balıqçılıq üzrə mütəxəssisləri Salyan və Neftçala rayonlarında nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə görüş keçirib.

Bu barədə "Report"a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1130 sahibkarın iştirak etdiyi görüşdə Nazirliyin balıqçılıq üzrə mütəxəssisləri tərəfindən sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişafı, daha yüksək məhsuldarlığın əldə edilməsi və keyfiyyətli yem təchizatı ilə bağlı tövsiyələr verilib, sahibkarların problemləri dinlənilib, onların həlli yolları müzakirə edilib. Görüşdə həmçinin nohur balıqçılığı təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı sahibkarlar təlimatlandırılıb, yarana biləcək sualların cavablandırılması üçün Nazirliyin müvafiq qurumlarına müraciət etmələri bildirilib.

Qeyd edək ki, ölkənin digər regionlarında da nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi