Nəsimi rayonunda sakinləri narahat edən zibil yeşikləri əvvəlki yerinə qaytarılıb

Nəsimi rayonunda sakinləri narahat edən zibil yeşikləri əvvəlki yerinə qaytarılıb Məsələ "Report"un oktyabrın 17-də bununla bağlı xəbərindən sonra həllini tapıb
Ekologiya
127
18 Oktyabr , 2017 16:41
Nəsimi rayonunda sakinləri narahat edən zibil yeşikləri əvvəlki yerinə qaytarılıb
Report

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda, IV mikrorayon ərazisində Mirmahmud Kazımovski (keçmiş Cavadxan) küçəsindəki məişət tullantılarının atıldığı zibil yeşiklərinin yer problemi həllini tapıb.  

"Report"un məlumatına görə, həmin ərazidə yaşayan sakinlərin ciddi narazılığına səbəb olan zibil yeşikləri əvvəki yerinə qaytarılıb, ətrafı isə yuyularaq təmizlənib.

Ərazidən əvvəlki və sonrakı fotoları təqdim edirik. 

Qeyd edək ki, bir neçə binanın sakinlərinin məişət tullantılarını atdıqları yeşiklər cari ilin yayında əvvəlki yerindən götürülərək marketlərdən birinin divarına bitişik qoyulmuşdu. Bu da hər gün həmin ərzaq mağazasına getmək, yaxud da yaxınlıqdan keçmək istəyən vətəndaşların, xüsusilə məktəbə gedən balacaların məişət tullantılarının üfunətli iyini ciyərlərinə çəkmək məcburiyyətində qoyurdu. Hətta insanlar zibil qutularından axan üfunətli sulara ayaq basaraq keçməli olur, bu da mikrobların, bakteriyaların evlərə, sinif otaqlarına daşınmasına gətririb çıxarırdı. 

Oktyabrın 17-də "Report" problemlə bağlı xəbər yaymışdı. 

Son xəbərlər

Orphus sistemi