Nəbatat bağının direktoru: "Yulğun kolları "Qırmızı kitab"a salınmış bitkilərlə səhv salınır"

Nəbatat bağının direktoru: "Yulğun kolları "Qırmızı kitab"a salınmış bitkilərlə səhv salınır" “Azərbaycanda yayılmış bəzi bitki növlərinin təsnifatı və xarakteristikasında yanlış şərhlərə yol verildiyindən, konkret fikir bildirmək üçün mütəxəssis rəylərinə diqqət yetirilməlidir"
Ekologiya
12 Aprel , 2021 21:46
Nəbatat bağının direktoru: Yulğun kolları Qırmızı kitaba salınmış bitkilərlə səhv salınır
Vahid Fərzəliyev

“Azərbaycanda yayılmış bəzi bitki növlərinin təsnifatı və xarakteristikasında yanlış şərhlərə yol verildiyindən, konkret fikir bildirmək üçün mütəxəssis rəylərinə diqqət yetirilməlidir. Ölkəmizdə 7 növünə rast gəlinən yulğun bitkisi əsasən düzənlik və dağətəyi ərazilərdə, yarımsəhra və bozqır tipli çəmənliklərdə, çaysahili Tuqay meşəliklərində yayılıb və bu 7 növdən heç biri Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilməyib”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev bildirib.

Onun sözlərinə görə, yulğun kolları əksər hallarda Azərbaycan Respublikasının "Qırmızı kitab"ına salınmış Cuzqun cinsinə aid bitki növləri ilə səhv salınır, mütəxəssis olmayan şəxslər bitkilərin ümumi görünüşlərinin oxşar olması səbəbindən "Qırmızı Kitab”da təmsil olunan Cuzqun (Callygonum L.) cinsinə aid növlərlə (C.bakuense və C. aphyllum) səhv salırlar ki, bu cins və növlər də tamamilə başqa bir fəsiləyə - Qırxbuğumkimilər (Polygonaceae Juss.) fəsiləsinə aiddir.

Mütəxəssis həmçinin qeyd edib ki, Cuzqun cinsinə aid olan və “Qırmızı Kitab”a salınan növlər yalnız Abşeron yarımadasında və Xəzər dənizinin sahil boyu ərazilərində rast gəlinir:

"Məlumat üçün onu da deyim ki, yulğun cinsi isə (Tamarix L.) Yulğunkimilər (Tamarixaceae Link) fəsiləsinə aid olub, Azərbaycanda 7 növlə (Florida yulğunu, Hohenekker yulğunu, Koç yulğunu, Meyer yulğunu, Dörderkəkcikli yulğun Səkkizerkəkcikli yulğun və Budaqlanan yulğun) təmsil olunur.

Budaqlanan yulğun, Florida yulğunu və Meyer yulğunu daha geniş areala malik növlər olub, ölkəmizin demək olar, bütün ərazisini əhatə edir".

Son xəbərlər

Orphus sistemi