Nazirlik Şəkidəki meşə yanğını ilə bağlı məlumat yayıb

Nazirlik Şəkidəki meşə yanğını ilə bağlı məlumat yayıb Bununla da meşə sahəsi yanğından mühafizə olunub
Ekologiya
29 Avqust , 2014 12:57
Nazirlik Şəkidəki meşə yanğını ilə bağlı məlumat yayıb
Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şəkidəki meşə yanğını ilə bağlı rəsmi məlumat yayıb.

Nazirlikdən Report-a verilən məlumata görə, avqustun 28-də Şəki rayonunun ərazisində kənd bələdiyyəsinə məxsus yüksək dağlıq sahədə yanğın hadisəsi baş verib. Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki Meşə Mühafizəsi və Bərpası Müsəssisəsinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb. Bununla da meşə sahəsi yanğından mühafizə olunub. 

Son xəbərlər

Orphus sistemi