Nazirlik su hövzələrini çirkləndirən obyektlərin sahiblərini cərimələyib - SİYAHI

Nazirlik su hövzələrini çirkləndirən obyektlərin sahiblərini cərimələyib - SİYAHI Təqsirkar olan şəxslərin müəyyənləşdirilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət olunub
Ekologiya
4 Avqust , 2017 14:33
Nazirlik su hövzələrini çirkləndirən obyektlərin sahiblərini cərimələyib - SİYAHI
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 4 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Sumqayıt şəhərində açıq su hövzələrinin çirkləndirilməsinə qarşı növbəti reyd keçirib.

Nazirlikdən "Report"a verilən məlumata görə, reyd zamanı Sumqayıt şəhərində “Acı-Dərə”si kanalı boyu ərazidə bərk məişət tullantılarının qalaqlanması, 76-cı məhəllədə fəaliyyət göstərən “Quşçuluq təsərrüfatı”nda formalaşan çirkab suların təmizlənmədən birbaşa “Acı-Dərə”si kanalına axıdılması, Xəzər dənizi sahil zolağında “Freqat”, “Nicat”, “Orxan”, “Neptun”, “Sahil”, “Alinea” ictimai iaşə obyektlərində yaranan bərk və maye mənşəli məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə edilməməsi faktları aşkar olunub. 

Faktlarla bağlı obyekt sahibləri barəsində protokollar tərtib edilib.

İnzibati xəta törətdiklərinə görə obyekt sahibləri ümumilikdə 3800 manat məbləğində cərimə olunub və çatışmazlıqların aradan qaldırılması üçün onlara icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

“Acı-Dərə”si kanalı boyu ərazidə bərk məişət tullantılarının atılmasında və qalaqlanmasında təqsirkar olan şəxslərin müəyyənləşdirilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət olunub.

Son xəbərlər

Orphus sistemi