Nazirlik Şəkidə qanunvericiliyi pozan bələdiyyə sədrinə məcburi göstəriş verib

Nazirlik Şəkidə qanunvericiliyi pozan bələdiyyə sədrinə məcburi göstəriş verib Təqsirkarların tapılması üçün Şəki rayon Polis Şöbəsinə müraciət edilib
Ekologiya
22 Avqust , 2017 10:24
Nazirlik Şəkidə qanunvericiliyi pozan bələdiyyə sədrinə məcburi göstəriş verib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 22 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Şəki, Qax, Balakən, Zaqatala) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, reyd zamanı Şəki rayonu “Qumux dərəsi” adlanan ərazidə tibbi tullantıların qalaqlandığı aşkar edilib.

Araşdırma zamanı sözügedən ərazinin Baş Layıski bələdiyyəsinin mülkiyyətinə aid olduğu və əraziyə istifadə müddəti sona çatmış 4 m3 həcmində müxtəlif adda iynə və dərman peraparatlarından ibarət tibbi tullantıların atıldığı məlum olub. Əraziyə Şəki rayonu Gigiyena Epidemologiya Mərkəzinin, rayon Polis Şöbəsinin, Baş Layıski Bələdiyyəsinin və Baş Layıski İnzibati Ərazi Dairəsinin nümayəndələri dəvət edilib.

Faktla bağlı akt tərtib olunub və ərazinin tullantılardan təmizlənməsi üçün Baş Layıski Bələdiyyəsinin sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Araşdırma müddətində təhlükəli tullantıları atan təqsirkar şəxslərin müəyyələşdirilməsi mümkün olmayıb. Qanun pozucuları barəsində qanunamüvafiq qaydada tədbir görülməsini təmin etmək məqsədilə təqsirkarların tapılması üçün Şəki rayon Polis Şöbəsinə müraciət edilib.

Son xəbərlər

Orphus sistemi