Nazirlik Qəbələdə qanunsuz ağac kəsintisi faktı aşkarlayıb

Nazirlik Qəbələdə qanunsuz ağac kəsintisi faktı aşkarlayıb Bakı. 3 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Qəbələ rayonu Vəndam bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində yaş köküstə 3-16 sm diametrliyində müxtəlif cinsli ağac və kolların qanunvericiliyə zidd olaraq kəsilərək məhv edildiyi və ərazidə münbit torpaq qatının korlandığı aşkar edilib.
Ekologiya
3 May , 2018 16:50
Nazirlik Qəbələdə qanunsuz ağac kəsintisi faktı aşkarlayıb

Bakı. 3 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Qəbələ rayonu Vəndam bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində yaş köküstə 3-16 sm diametrliyində müxtəlif cinsli ağac və kolların qanunvericiliyə zidd olaraq kəsilərək məhv edildiyi və ərazidə münbit torpaq qatının korlandığı aşkar edilib.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı ağac və kolları məhv edən, münbit torpaq qatını korlayan şəxsin həmin torpaq sahəsinin icarədarı Qəbələ rayonu Vəndam kənd sakini Şahnəzərov Kənan Zakir oğlu olduğu müəyyən edilib.

Faktla bağlı Şahnəzərov Kənan Zakir oğlu barəsində akt tərtib edilmiş və ona təbiətə dəymiş 13104 ,52 manat ziyan hesablanıb.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozucusunun müvafiq məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər görülür.       

Son xəbərlər

Orphus sistemi