Yuxarı
    Bağlamaq

    Nazirlik: Qaradağda püskürən vulkan dünyanın ən böyük palçıq vulkanlarındandır

    Otmanbozdağ vulkanı 13 ildən sonra yenidən püskürüb

    Otmanbozdağ vulkanı 13 ildən sonra yenidən püskürüb

    Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün Bakı şəhəri, Qaradağ rayonu ərazisində püskürən vulkan "Otmanbozdağ" vulkanıdır.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev "Report"a açıqlamasında deyib ki, hazırda ərazidə ekspertiza işləri başlanılıb: "Püskürən vulkanın ocağı Səngəçalda deyil, Sahil qəsəbəsindən 36 km uzaqlıqda yerləşir. "Otmanbozdağ" vulkanı dünyanın ən böyük palçıq vulkanlarındandır. Bu günə kimi uzun illər ara ilə üç dəfə püskürüb. Axırıncı dəfə 2004-cü ildə püskürüb".

    Onun sözlərinə görə, vulkan püskürməsi hadisəsi fevral ayının 6-sı təxminən saat 12-13 radələrində baş verib: "Hazırda vulkan püskürməsi dayanıb".

    Mütəxəssis vulkanın yenidən püskürməsi təhlükəsi ilə bağlı danışaraq bildirib ki, "Otmanbozdağ" vulkanı ətrafında xeyli sayda kiçik vulkanlar yerləşir: "Otmanbozdağ" vulkanının yenidən püskürmə təhlükəsinin olması barədə konkret bir şey demək olmaz, amma ətrafdakı kiçik vulkanlarda aktivləşmə ehtimalı ola bilər".

    C.Paşayev əlavə edib ki, hadisənin baş verdiyi ərazinin yaxınlığında yaşayış məntəqəsi və obyektlər yoxdur.

    Qeyd edək ki, AMEA nəzdində Respublika Sesmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, fevral ayının 6-da yerli vaxtla saat 12:20:40-da və 14:18:07-də AMEA nəzdində RSXM-nin Şirvan seysmik stansiyasından 31 kilometr şimalda-Qaradağ rayonu ərazisində 2 vulkan püskürməsi qeydə alınıb. 1-ci vulkanın davam etmə müddəti 3 dəq 23 san, 2-ci vulkanın davam etmə müddəti 6 dəqiqə olub.
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi