Yuxarı
    Bağlamaq

    Nazirlik “Qaradağ Su-kanal” idarəsinin rəisini cərimələyib

    Xəzər dənizinin Qaradağ sahilində ekoloji monitorinq keçirilib© Report

    Bakı. 19 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Qaradağ rayonunun Xəzər dənizi sahil zolağında ekoloji qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı aparılan monitorinqlərin nəticələrini Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları yerində araşdırıb.

    Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı Qaradağ rayonunun Lökbatan, Sahil, Ümid, Qobustan və Səngəçal qəsəbələrində formalaşan məişət-çirkab tullantı sularının Qırmızı gölə və Xəzər dənizinə axıdılması faktı aşkar olunub.

    Faktla bağlı “Qaradağ Su-kanal” idarəsinin rəisi Əhliman Mansurov barəsində qanunvericiliyə uyğun qaydada protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilib.

    Yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə belə  hallara yol verilməməsi üçün müəssisə rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi