Nazirlik qanunsuz yolla kəsilən meşə materialı aşkarladı

Nazirlik qanunsuz yolla kəsilən meşə materialı aşkarladı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayonunun Haran kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub.
Ekologiya
10 Fevral , 2020 10:22
Nazirlik qanunsuz yolla kəsilən meşə materialı aşkarladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayonunun Haran kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Nazirliyin yerli qurumlarının əməkdaşları fevralın 8-i səhər saat 6 radələrində “Ural” markalı 43-BB-223 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilən 3,5 kubmetr həcmində fısdıq cinsli işlik meşə materialı aşkar edilib və avtomobilin sahibi Aslan Cəbiyev barəsində akt tərtib olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi