Yuxarı
    Bağlamaq

    Nazirlik qanunsuz balıq ovlayan şəxslərə qarşı reyd keçirib

    Dinlə
    Növbəti reyd keçirilib© Report

    Bakı. 3 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə növbəti reyd keçirilib.

    Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Xəzər dənizinin Kürdəxanı qəsəbəsi istiqamətində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxs saxlanılıb. Qanun pozucusu Xaçmaz rayon sakini İlyas Teyyubovdan 38 külmə balığı, 1 taxta qayıq, 2 sintetik tor götürülüb və barəsində balıq ehtiyatlarına vurulan ziyana görə 418 manat məbləğində iddia qaldırılıb.

    Mingəçevir su anbarının Yevlax rayonu Kasa adlanan ərazisində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxslər saxlanılıb. Qanun pozucuları Mingəçevir şəhər sakinləri Əli Əzizov və Murad Yusubovdan 180 şahmayı və 42 sıf balığı, 2 asma mühərrikli qayıq, 2 sintetik saplı tor götürülüb və barələrində balıq ehtiyatlarına vurulan ziyana görə, ümumilikdə, 7326 manat məbləğində iddia qaldırılıb.

    Kür çayının Tovuz rayonu, Hunanlı kəndi ərazisində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxs saxlanılaraq ondan 15 şahmayı balığı, 1 elektrik gücləndiricisi, 1 akkumulyator, 1 rezin qayıq götürülüb. Qanun pozucusu Tovuz rayon sakini Qələndər Məmmədov barəsində balıq ehtiyatlarına vurulan ziyana görə 495 manat məbləğində iddia qaldırılıb.

    Faktlarla bağlı qanun pozucuları barəsində cərimə qərarlarının çıxarılması və qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi