Nazirlik: Kür çayında suyun səviyyəsi azalıb

Nazirlik: Kür çayında suyun səviyyəsi azalıb Hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 150-350 faizini təşkil edir
Ekologiya
4 Mart , 2017 13:39
Nazirlik: Kür çayında suyun səviyyəsi azalıb

Bakı. 4 mart. REPORT.AZ/ Kür çayında suyun səviyyəsi azalıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-200, Kiçik Qafqazın çaylarında 170-240, Lənkəran-Astara bölgəsi çaylarında isə 150-350 faizini təşkil edir.

Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, martın 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 147 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 267 m3/s olmaqla ongünlük normanın 110 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 55 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 102 m3/s təşkil edərək ongünlük normanın 123 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırkı vəziyyətə gəlincə isə martın 3-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Bankə məntəqəsində 11, Şirvanda 8, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 12 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 413 sm (2016-cı il martın 3-də 444 sm), Şirvanda 319 sm (2016-cı il martın 3-də 309 sm), Salyanda 270 sm (2016-cı il martın 3-də 270 sm), Bankədə 207 sm (2016-cı il martın 3-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 138 sm (2016-cı il martın 3-də 175 sm) təşkil edir.

Son xəbərlər

Orphus sistemi