Nazirlik: Güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olsunlar

Nazirlik: Güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olsunlar Bakı. 14 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi bazar günü çimərliyə getmək istəyənlərə xəbərdarlıq edib.
Ekologiya
14 İyul , 2018 13:50
Nazirlik: Güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olsunlar

Bakı. 14 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi bazar günü çimərliyə getmək istəyənlərə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, iyul ayının 15-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək və külək arabir güclənəcək.

Abşeron çimərliklərində suyun temperaturuna gəlincə, iyulun 15-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olsunlar.

Son xəbərlər

Orphus sistemi