Nazirlik hüquqi və fiziki şəxsləri cərimələyib

Nazirlik hüquqi və fiziki şəxsləri cərimələyib Qanun pozuntularına görə 208 akt və protokol tərtib olunub
Ekologiya
20 Aprel , 2015 10:21
Nazirlik hüquqi və fiziki şəxsləri cərimələyib

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə aparılan araşdırma zamanı yol verilən qanun pozuntularına görə 208 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 83 müddətli "məcburi göstəriş" verilib. "Report" xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti məlumat yayıb. 

Məlumata görə, ən çox qanun pozuntularına hüquqi və fiziki şəxslər su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol veriblər. 

Bundan başaq, ümumilikdə, 23 iş üzrə 37 300 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəyən ziyana görə 12 iş üzrə 884.84 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 242 iş üzrə 77615.1 manat məbləğində ödəmə tətbiq olunub. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 15, icra qurumlarına 11, məhkəmələrə isə 2 iş göndərilib.

Son xəbərlər

Orphus sistemi