Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova "Report"a bildirib ki, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, qeyri-mütəşəkkil qalaqlandığı və ətrafa qoxunun yayıldığı faktı təsdiqini tapıb.
O qeyd edib ki, faktla bağlı tullantıların idarə edilməsinə cavabdeh Dağ Kəsəmən bələdiyyəsinin sədri Ariz Bayramov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.
Ərazinin tullantılardan təmizlənərək əvvəlki vəziyyətə gətirilməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib”.