Yuxarı
    Bağlamaq

    Nazirlik: Bayıl yamacı yaşayış üçün təhlükəlidir

    Əziz Qaralov: Bayıl yamacını yükləmək olmaz, orada tikinti işlərinin aparılması qadağan olunmalıdır
    © Report/ Elchin Murad

    Bakı. 27 mart. REPORT.AZ/ “Bayıl sürüşmə sahəsində heç bir dəyişiklik yoxdur, vəziyyət sabitdir”.

    Bunu “Report”a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

    Ərazidə yenidən sürüşmə hadisəsinin gözlənilib-gözlənilmədiyi sualına cavab verən mütəxəssisin sözlərinə görə, Bayıl zonasının müxtəlif yerləri daimi sürüşməyə meyilli ərazilərdir: "Burada ilk dəfə 1847-ci ildə sürüşmə qeydə alınıb. Sonuncu sürüşmə isə 2000-ci ildə baş vermişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2004-cü il hesabatında son sürüşmənin baş verdiyi ərazi konturlaşıb ki, sürüşməyə meyilli, təhlükəli ərazidir və nə vaxtsa orada sürüşmə baş verə bilər".

    "Sürüşmə təhlükəsinin olduğu ərazidə əhalinin məskunlaşmasını mütəxəssis kimi məsləhət görməzdim" - deyən Ə.Qaralovun sözlərinə görə, 2004-cü il hesabatlarında vurğulanıb ki, Bayıl yamacını yükləmək olmaz, orada tikinti işlərinin aparılması qadağan olunmalıdır: "Nazirlər Kabinetinin də həmin ərazi ilə bağlı 56 nömrəli qərarı var. Bayıl yamacını heç bir vəcvlə yükləmək olmaz, həmin ərazidə tikinti işləri aparılmamalıdır. Bu ərazi yaşayış üçün təhlükəlidir". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi