Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında yaşıllıq ərazinin hasara alınması ilə bağlı
Nazirlikdən "Report"a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazinin ticarət mərkəzinin tikintisi məqsədilə “Təbriz Center” MMC tərəfindən hasara alındığı, lakin ərazidəki mövcud 8 ağacın tikinti altına düşmədiyi müəyyən olunub.
Ağaclar qeydiyyata alınaraq akt tərtib edilib və onların qorunub saxlanılması məqsədi ilə “Təbriz Center” MMC-nin rəhbəri Adil Yusifova icrası məcburi olan “məcburi göstəriş” verilib.