Nazirlik Bakıda ağac kəsintisinə görə tikintinin dayandırılması üçün müraciət etdi

Nazirlik Bakıda ağac kəsintisinə görə tikintinin dayandırılması üçün müraciət etdi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, Məzahir Rüstəmov küçəsində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya
11 İyun , 2020 17:35
Nazirlik Bakıda ağac kəsintisinə görə tikintinin dayandırılması üçün müraciət etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, Məzahir Rüstəmov küçəsində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda obyektin genişləndirilməsi məqsədilə yüngül konstruksiyalı tikinti işləri aparılan zaman iydə ağacının kəsildiyi müəyyən edilib. 

Ərazidəki digər iki meyvə ağacının isə tikilinin içərisində qaldığı məlum olub.

Faktla bağlı obyektin sahibi Sənan Fətullayev barəsində protokol tərtib olunub və o, 2 800 manat məbləğində cərimə edilib.

Tikinti altına düşən iki ağacın qorunması məqsədilə tikinti işlərinin dayandırılması üçün Xətai Rayon İcra Hakimiyyətinə və Bakı Şəhər Şəhərsalma Arxitektura İdarəsinə müraciət olunub.

Son xəbərlər

Orphus sistemi